Gəncə sakini pula görə dayısı oğlunu bıçaqladı

Gəncə şəhər sakini xəstəxananın qarşısında bıçaqlanıb.

 

APA-nın qərb bürosunun məlumatına görə, hadisə ötən gecə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasının qarşısında qeydə alınıb. Şəhər sakini, 1983-cü il təvəllüdlü Ramin Alim oğlu Zamanov tibb ocağının qarşısında qarın nahiyəsindən bıçaqlanıb.

 

Yaralı dərhal xəstəxananın cərrahiyyə şöbəsinə çatdırılıb və əməliyyat edilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

 

Məlumata görə, R.Zamanov dayısı oğlu Elmir Əsgərov tərəfindən bıçaqlanıb. İnsidentin pul borcu səbəbindən baş verdiyi bildirilir.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır. 

 

Müəllif | Apa.Tv
Azər Məmmədli