Dollar, avro, rubl - GÜNÜN RƏSMİ MƏZƏNNƏLƏRİ

Azərbaycan Mərkəzi Bankı növbəti günlük valyuta məzənnələrini açıqlayıb. APA TV-nin məlumatına görə, 1 ABŞ dollarının məzənnəsi əvvəlki günlə müqayisədə manata nisbətdə bir qədər möhkəmlənib. ABŞ dolları bahalaşaraq 1,0483 manat təşkil edib.

 

Bivalyuta səbətinə daxil olan avro isə ucuzlaşıb. Mərkəzi Bank 1 avronun məzənnəsini 1,1717 manat müəyyənləşdirib.

 

Rusiya rublu isə bahalaşmaqda davam edir. Rəsmi kursa əsasən, 1000 Rusiya rublu 15 manat 40 qəpikdir.

 

Qeyd edək ki, Mərkəzi Bank valyutaların məzənnələrini həftə içi hər gün açıqlayır. 

 

Müəllif | Apa.Tv
Apa.tv