Elçin Quliyev Zaqatalada vətəndaşları qəbul etdi

Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev Zaqatalada vətəndaşları qəbul edib.

 

APA TV-nin Şəki-Zaqatala bürosunun məlumatına görə, Zaqatala Sərhəd Dəstəsində təşkil olunan qəbulda Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlardan olan sakinlər iştirak edib.

 

Qəbul zamanı vətəndaşların Dövlət Sərhəd Xidmətində xidmətə qəbulu, sosial müavinətlərin verilməsi, mənzil şəraitinin yaxşılaşdırılması, sərhədyanı yaşayış məntəqələrində mövcud olan sosial-məişət problemlərin həlli və digər məsələlərlə bağlı müraciətləri dinlənilib. Qaldırılan məsələlər Dövlət Sərhəd Xidmətinin aidiyyəti struktur qurumlarının rəhbərlərinin iştirakı ilə araşdırılıb və konkret tapşırıqlar verilib. Əksər məsələlər yerindəcə həllini tapıb.
Dövlət Sərhəd Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və baxılmasının təşkili üçün nəzarətə götürülüb.

Müəllif | Apa.Tv
Apa.tv