Bakıda daha bir küçə təmir olundu
Paytaxt Bakıda daha bir küçə təmir olunaraq sürücülərin ixtiyarına verilib.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən APA Tv-yə verilən məlumata görə, söhbət uzun müddətdir ki, təmir olunmadığı üçün yolun hərəkət hissəsi sıradan çıxmış Binəqədi rayonu Abay Kunanbayev küçəsindən gedir.
Təmir işləri ümumilikdə küçənin 700 metrlik hissəsində aparılıb. Burda zəruri olan yerlərdə yol yatağı bərkidilib, köhnə asfalt-beton örtüyü qaşınaraq ərazidən daşınıb. Daha sonra küçənin 6300 kvadrat metr sahəsinə yeni asfalt-beton örtüyü döşənib. Təmirdən sonra küçə tam yeni görkəm alıb.
Sözügedən küçədə təmir işləri paytaxt Bakıda və regionlarda nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə ölkə başçısı İlham Əliyevin tapşırığına əsasən, nəqliyyat naziri Ziya Məmmədovun nəzarəti altında “Azəryolservis” ASC tərəfindən aparılan kompleks tədbirlər çərçivəsində aparılıb.