Yay qayıdır: temperatur yüksələcək

Sentyabrın 10-da Bakı və Abşeron yarımadasında hava şəraitinin  dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz  keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 20-24 dərəcə, gündüz 30-34 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, lakin gecə bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısa müddətli yağış yağacağı ehtimalı var.  Səhər ayrı-ayrı rayonlarda duman olacaq,  şərq küləyi əsəcək, arabir güclənəcək.

 

Havanın temperaturu Aran rayonlarında gecə 19-24, gündüz 32-37 dərəcə, dağlıq rayonlarda gecə 12-17, gündüz 25-30 dərəcə isti olacaq.

Müəllif | Apa.Tv
Apa.tv