Bərdədə üç nəfər bıçaqlandı

Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.


APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, müxtəlif dərəcəli bıçaq xəsarətləri ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən rayon sakinləri - Vaqif Orucov, Rəvan Şahbazov və Elgiz Ələkbərovun vəziyyəti orta-ağır qiymətləndirilir.

 

Bıçaqlanma hadisəsinin rayonun Zümürxan kəndində mübahisə zəminində baş verdiyi bildirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv