Prezident İlham Əliyev İsveçrənin Azərbaycandakı səfirini qəbul etdi

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 9-da İsveçrə Konfederasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Paskal Abişeri fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.

 

APA TV-nin xəbərinə görə, Azərbaycanla İsveçrə Konfederasiyası arasında dostluq münasibətlərinin mövcud olduğunu deyən dövlət başçısı yüksək səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin əlaqələrimizin möhkəmləndirilməsi baxımından önəmini qeyd edib, bu səfərlər və görüşlər zamanı məhsuldar danışıqların aparıldığını vurğulayıb.

 

Prezident İlham Əliyev əməkdaşlığımızın müxtəlif sahələrdə, o cümlədən iqtisadi, biznes, qarşılıqlı sərmayə qoyuluşu və digər sahələrdə genişləndirilməsindən məmnunluğunu ifadə edib.

 

Səfir Paskal Abişer ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin uğurlu inkişafına toxunaraq iqtisadi sahədə həyata keçirilən birgə layihələrin bu əməkdaşlığın genişləndirilməsi işinə öz töhfəsini verdiyini bildirib.

Müəllif | Apa.Tv
Apa.tv