Kürdəmirdə “KamAZ” altı camışı vuraraq tələf etdi

Kürdəmirdə baş verən yol qəzasında 6 iribuynuzlu heyvan tələf olub. APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun 55-ci kilometrliyində, Kürdəmir rayonun Çöl-Ərəb kəndində qeydə alınıb.

 

İmişli rayon sakini, 49 yaşlı Kərimxan oğlunun idarə etdiyi “KamAZ” markalı yük maşını hərəkətdə olarkən qarşısına çıxan Kürdəmir rayon sakini, Şükürov Rafael Səməd oğluna məxsus 6 baş camışı vuraraq öldürüb.

 

Hadisədən sonra idarəetməni itirən sürücü maşını yoldan çıxararaq aşırıb. Sürücü heç bir xəsarət almayıb.

 

Hadisənin səbəbi araşdırılır.

Müəllif | Apa.Tv
Zahid Abışov