Bakıda şirkətə basqın! İçərisində pul olan seyf oğurlandı!
Bakıda tanınmış şirkətlərdən birinə basqın olub. Cinayətkar dəstə içərisində külli miqdarda pul olan seyfi aparıb.
APA TV-nin məlumatına görə, hadisə Xəzər rayonunun Zirə qəsəbəsində fəaliyyət göstərən "Gök-Nur" Bakı kabel zavodunda baş verib. Naməlum şəxslər zavoda basqın ediblər. Maskalı şəxslər içəri girərək, gözətçinin əllərini bağlayıblar və onu ölümlə hədələyiblər. Onlar içərisində 50 min ABŞ dolları olan seyfi aparıblar.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Polis əməkdaşları kabel zavoduna quldur basqını etmiş şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilər. Son məlumata görə, cinayətkarları saxlamaq hələlik mümkün olmayıb.