Şəhər mərkəzində "Mercedes" "Volkswagen"lə toqquşdu - VİDEO

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Səməd Vurğun küçəsində qeydə alınıb. Elnur İsmayılovun idarə etdiyi "Mercedes" markalı avtomobillə Sabir Cəlilova məxsus "Volkswagen Passat" markalı avtomobil toqquşub. Qəza zamanı "Volkswagen"dəki sərnişinlərdən biri xəsarət alıb. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Sürücü Sabir Cəlilovun sözlərinə görə, qəza o işıqforun yaşıl işığında hərəkətini davam etdirmək istəyən zaman baş verib.

 

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır. Qəzanın dəqiq səbəbi avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq. 

Müəllif | Apa.Tv
Apa.tv