Dollar və rubl ucuzlaşır, avro bahalaşır - RƏSMİ MƏZƏNNƏ AÇIQLANDI
Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqlayıb. APA TV-nin məlumatına görə, ABŞ dolları ucuzlaşmaqda davam edir. Mərkəzi Bank 1 dolların kursunu 1.0482 manat olaraq müəyyənləşdirib. Avro isə həftənin əvvəlindən başlamış bahalaşma tendensiyasını qoruyur. Avrozonanın əsas valyutasının kursu 1.1748 manat təşkil edir. Rusiya rublu dünən manat qarşısında cüzi dəyər qazansa da, bu gün yenidən ucuzlaşmağa başlayıb. Hazırda 1000 Rusiya rublunun rəsmi məzənnəsi 15 manat 30 qəpikdir.
Qeyd edək ki, Mərkəzi Bank həftə içi hər gün valyutaların yeni məzənnələrini açıqlayır.