Bakıda iki bıçaqlanma hadisəsi baş verib

Ötən gecə paytaxt ərazisində iki bıçaqlanma hadisəsi baş verib. hadisələrdən biri Binəqədi rayonunda qeydə alınıb. Rayonun Həmzə Babayev küçəsində 30 yaşlı Anar Abbasov naməlum şəxs və ya şəxslər tərəfindən sağrı nahiyəsindən bıçaqlanıb. Yaralı hadisə şahidlərinin köməkliyi ilə xəstəxanaya çatdırılıb. O, dərhal əməliyyat olunub. Həkimlər Anar Abbasovun vəziyyətini həkimlər qənaətbəxş qiymətləndirirlər.

 

Hadisə barədə Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə məlumat verilib. Hadisəni törədən şəxsin və ya şəxslərin axtarışları davam edir. Faktla əlaqədar cinayət işi başlanıb.

 

Nizami rayonunda isə əmiuşaqlarının mübahisəsi qanlı sonluqla nəticələnib. Hadisə Keşlə qəsəbəsində baş verib. 39 yaşlı Rövşən Ağdaş oğlu Məmmədovla eyni həyətdə yaşayan əmisi oglu arasında mübahisə yaranıb. Mübahisə zamanı Rövşən Məmmədov əmisi oğlu tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya çatdırılıb. Həkimlər Rövşən Məmmədovun qarın nahiyəsindən bir bıçaq xəsarəti aldıgını bildiriblər.

 

Faktı Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsi araşdırır. Bölmədən verilən məlumata görə, Məmmədovlar arasında şəxsi münasibətlər zəminində tez-tez mübahisələr olur. Onlar sonuncu dəfə bir neçə gün əvvəl dalaşıblar.

 

Faktla bağlı araşdırmalar davam edir.

 

Müəllif | Apa.Tv