Kriştianu Ronaldu satılır: 1 milyard avro!

Madrid "Real"ı portuqaliyalı hücumçusu Kriştianu Ronaldudan ayrılmaq niyyətində deyil.

 

APA TV-nin "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, bunu klubun prezidenti Florentino Peres açıqlayıb.

 

O bildirib ki, ulduz futbolçunu satışa çıxarmayıblar. Peres həmçinin qeyd edib ki, Fransanın "PSJ" komandası portuqaliyalının xidmətində maraqlıdır.


"Fransızlar öz heyətlərini gücləndirmək istəyirlər. Onlar Ronaldunu yalnız biz qoyduğumuz qiymətə ala bilərlər" - deyə "Kral klubu"nun rəhbəri əlavə edib.


Florentino Peres qiyməti də açıqlayıb. İspanlar Kriştianu Ronalduya görə 1 milyard avro tələb edirlər.


"Futbolda hər şey ola bilər. Lakin biz Ronaldu ilə yolları ayırmaq düşüncəsindən uzağıq. Onunla müqaviləni 2016-dan sonra da uzatmaq istəyirik" - deyə Peres bildirib.

Müəllif | Apa.Tv
Apa.tv