"Al-Qaida" Bill Geytsi ölümlə hədələdi - PULLARINI AMERİKADAN ÇIXAR!
"Al-Qaida" terror təşkilatı ABŞ biznesmenlərini ölümlə hədələyib.
APA TV-nin "NBC News"a istinadən məlumatına görə, terror təşkilatı amerikalı iş adamlarının öz vəsaitlərini ölkədən çıxarmayacaqları təqdirdə, öldürüləcəklərini bəyan edib.
Bu xəbərdarlıq "Inspire" dərgisində dərc olunub. Qeyd olunur ki, əgər adları çəkilən biznesmenlər bu xəbərdarlığa əməl etsələr onlar qətlinə qərar verilmiş şəxslərin siyahısından çıxarılacaqlar.
Həmin siyahıda dünyanın tanınmış iş adamları - "Microsoft"un qurucusu Bill Geyts, milyarderlər Uorren Baffet, Çarlz və Devid Kox qardaşları, Nyu-Yorkun keçmiş meri Maykl Blumberq, kazinolar maqnatı Şeldon Adelson, "Wal-Mart" biznes şəbəkəsinin sahibi Cim Uolton və başqalarının adları var.