Şirvanda bir gecədə iki mağaza yarıldı

Şirvanda oğurluq hadisəsi baş verib. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhərinin Xəqani küçəsində yerləşən Məmmədov Faiq Səməndər oğluna məxsus ərzaq mağazasında qeydə alınıb.

 

Gecə saat 3-4 radələrində mağazanın tavanını deşərək içəri daxil olan oğrular mağazadan 350 manatlıq mobil konturlar, 500 manat pul və çoxlu sayda siqaret və digər məhsullar götürərək oranı tərk ediblər. Oğrular eyni zamanda mağazaya quraşdırılmış izləmə kamerasının blokunu yerə çırparaq yararsız hala salıblar.

 

Digər oğurluq hadisəsi həmin küçədə optika kimi fəaliyyət göstərən mağazada baş verib. Eyni üsulla içəri daxil olan oğrular kassadan 150 manat pul götürərək aradan çıxıblar.

 

Hadisə yerində istintaq əməliyyatı aparan Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları oğruların tutulması istiqamətində tədbirlər görür.

 

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində cinayət işi açılıb.

Müəllif | Apa.Tv
Apa.tv