Gəncə sakinini bıçaqlayan şəxs saxlanılıb
Ötən gecə tanışını bıçaqlayan Gəncə şəhər sakini saxlanılıb.
APA TV-nin qərb bürosunun məlumatına görə, sentyabrın 9-da Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Samir Osmanov döş qəfəsinin kəsilmiş deşilmiş yarası diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.
Ürək nahiyəsindən bıçaqlanan Samir Osmanov dərhal əməliyyat olunub. Onun vəziyyətinin ağır olduğu bildirilir. Samir Osmanovun şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı tanışı, 1971-ci il təvəllüdlü Vüqar Əliyev tərəfindən bıçaqlandığı deyilir.
Cinayəti törədən Vüqar Əliyev saxlanılıb. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.