Suriyadan Türkiyəyə atəş açıldı: şəhid var
Türkiyənin Hatay vilayəti ərazisində, Suriya sərhədində 1 əsgər şəhid olub.
APA TV-nin Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, hadisə Hatayın Reyhanlı qəsəbəsində baş verib.
Suriya istiqamətindən naməlum şəxs və ya şəxslər Türkiyə ərazisinə atəş açıb. Nəticədə sərhəddə güllə yarası alan türk əsgəri həlak olub.