SON DƏQİQƏ! Çin yenə devalvasiyaya əl atdı!
Çin Xalq Bankı növbəti dəfə devalvasiyaya əl atıb.
APA TV-nin məlumatına görə, bank yuanın kursunu 0,22% aşağı salıb. Bununla da 1 dolların kursu 6,3772 yuan təşkil edib. Bu, ölkədə son bir ayda qeydə alınan ən aşağı göstəricidir.
Analitiklərin fikrincə, yuanın ucuzlaşdırılması milli valyutanın kursunu saxlamağa sərf olunan xərcləri azaltmaq məqsədi daşıyır. Yuanın kursunu sabit saxlamaq Çinə çox baha başa gəlir, təkcə avqust ayında ölkənin qızıl-valyuta ehtiyatları 93,9 milyard dollar azalıb. Bu gün qəbul edilən qərardan sonra yuanın kursu mart ayı ilə müqayisədə 4 faiz ucuzlaşıb.
Dövlət strukturları ilin sonuna kimi kursu 1 dollar/7 yuan həddinə çatdırmağı planlaşdırır. Bu isə ilin sonunadək milli valyutanın 8 faiz devalvasiyaya uğraması deməkdir.