Bakıda 68 yaşlı qadını qətlə yetirən qonşuları tutuldu

Avqustun 26-da səhər saat 6:30 radələrində Şüvəlan qəsəbəsi, Almaz İldırım küçəsi, döngə 4, ev 16A ünvanında yaşayan Əzizə Şeydulla qızı Həsənovanı yaşadığı mənzildə qətlə yetirən şəxslər  həbs olunub.

 

APA TV-nin xəbərinə görə, 1990-cı təvəllüdlü Muxtar Şahmar oğlu Qədirov və 1989-cu il təvəllüdlü Rüfət Hümbət oğlu İsgəndərov cinayəti tamah məqsədilə törətdiklərini etiraf ediblər.

 

Belə ki, Muxtar Qədirov qətlə yetirilən şəxsin qonşusu olub. 2 il bundan qabaq qadının torpaq sahəsini satdığını və evdə pulun olduğunu bilib. Məqsəd qarət olub.

 

Məhəllə uşaqları qonşu qadına hücum edib pulların yerini soruşan zaman mərhum Əzizə onları tanıyıb. "Muxtar sənsən, bilirəm, burax məni" deməsi qadının öldürülməsinə səbəb olub.

 

İstintaq araşdırmalarından bəlli olub ki, qadın boğularaq qətlə yetirilib. Faktla bağlı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb.

 

Müəllif | Apa.Tv
Apa.tv