Kürdəmirdə 14 yaşlı oğlanı öldürən şəxs tutuldu

Kürdəmir rayonunda 14 yaşlı oğlanı qətlə yetirən şəxs həbs edilib.

 

Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərindən APA TV-yə daxil olan birgə məlumatda qeyd olunur ki, sentyabrın 8-də Kürdəmir rayonunun Ərəbqubalı kəndində yaşayan Emin Eminova məxsus bağ sahəsində kənd sakini, 14 yaşlı İzzət Babayevin meyiti tapılıb.

 

İsti izlərlə İzzət Babayevin bir gün əvvəl həmkəndlisi Seyran Məmmədov tərəfindən şəxsi münasibətlər zəminində boğularaq öldürüldüyü müəyyən edilib və o, şübhəli şəxs qismində tutulub.

 

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv