Amerika 10 min suriyalı qaçqını qəbul edəcək
ABŞ prezidenti Barak Obama gələn il azı 10 min suriyalı qaçqının qəbul olunmasına dair öz administrasiyasına göstəriş verib. APA TV-nin məlumatına görə, Ağ Evin rəsmi nümayəndəsi Coş Ernest bildirib ki, bu qərar Vaşinqtonun bu istiqamətdəki öhdəliklərinin “əhəmiyyətli dərəcədə genişləndirilməsidir”.
“Lakin biz bu insanları yaşayış, tibbi xidmət, ərzaq və su ilə təmin etməyə imkanlarımızın olmasına zəmanət verməliyik” - deyə Ernest vurğulayıb.