Cəbhəyanı bölgədə yeni dağ hazırlığı təlim mərkəzinin açılışı olub
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov cəbhəboyu zonada yerləşən ərazidə inşa edilən yeni dağ hazırlığı təlim mərkəzinin açılışında iştirak edib. Mərkəzin infrastrukturu ilə tanış olan müdafiə naziri ərazidə yaradılan hərbi topoqrafiya, mühəndis, atış, idman şəhərcikləri, minaatanlardan və atıcı silahlardan praktiki atəşlərin yerinə yetirilməsi, dağ taktiki təlimi, dağlıq şəraitdə sağ qalma, qayalara dırmanma, su maneələrini qət etmə və digər sahələrə baxış keçirib.
Nazirlikdən APA TV-yə bildirilib ki, çətin və yüksək dağlıq şəraitində yerləşən hərbi hissələrin şəxsi heyətinin peşəkar hazırlığının yüksəldilməsi məqsədilə məşqlər həyata keçiriləcək.