Lənkəranda toyda kütləvi dava; 3 nəfər bıçaqlandı

Lənkəranda toyda kütləvi dava olub. APA TV-nin Cənub bürosunun məlumatına görə, hadisə axşam saatlarında şəhərdəki şadlıq evlərinin birində qeydə alınıb. Toy şənliyi zamanı gənclər arasında yaranmış mübahisə davaya çevrilib. Nəticədə davanın iştirakçılarından 3 nəfər - şəhər sakinləri Əlisəfa Tağıyev, Zaur Tağıyev və Elçin Mustafayev müxtəlif dərəcəli bıçaqlanma xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onların hər üçü əməliyyat blokuna götürülüb, həkimlər tərəfindən zəruri tədbirlər görülüb.

 

Faktla bağlı rayonun hüquq mühafizə orqanları araşdırmalara başlayıb.

Müəllif | Apa.Tv