Ermənistanda kütləvi zəhərlənmə: 45 erməni zəhərləndi
Ermənistanın Ararat rayonunun Bağramyan kəndində kütləvi zəhərlənmə hadisəsi baş verib. APA TV-nin RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilir. Məlumata görə, 45 məktəblidə kəskin zəhərlənmə simptomları qeydə alınıb.
Zəhərlənmiş məktəblilərdən 43-ü xəstəxanaya yerləşdirilib, daha iki şagirdə ambulator müalicə təyin edilib. Xəstələrin əksəriyyətinin vəziyyəti orta ağır olduğu bildirilir.
Məktəblilər nahar zamanı məktəbin bufetində hot-doq yediklərini bildiriblər.
Epidemioloji araşdırma zamanı hot-doqların Bağramyan kəndində hazırlandığı, ümumilikdə, rayonun 13 yaşayış məntəqəsindəki məktəblərə paylandığını müəyyən edilib.