Dollar yenə ucuzlaşdı, avro və rubl bahalaşmağa başlayır – RƏSMİ MƏZƏNNƏ
Azərbaycan Mərkəzi Bankı həftənin son valyuta məzənnələrini açıqlayıb. APA TV-nin məlumatına görə, ABŞ dolları həftə ərzində ucuzlaşma tendensiyasını cümə günü də saxlayıb. Rəsmi məzənnəyə əsasən, 1 ABŞ dollarının qiyməti 1.0478 manatdır. Avro isə bahalaşmaqda davam edir. Mərkəzi Bank avronun kursunu 1.1821 manat olaraq müəyyənləşdirib. Rusiya rublu isə həftə sonu cüzi olaraq bahalaşıb. Hazırda 1000 Rusiya rublunun rəsmi kursu 15 manat 60 qəpikdir.
Qeyd edək ki, Mərkəzi Bank növbəti valyuta məzənnələrini sentyabrın 14-də, bazar ertəsi açıqlayacaq.