PKK Diyarbəkirdə AKP-nin binasını gülləbaran etdi: yaralılar var
Türkiyənin Diyarbəkir şəhərində hakim Ədalət və İnkişaf Partiyasının binasına hücum edilib.
APA TV-nin “Anadolu”ya istinadən xəbərinə görə, PKK terrorçuların iriçaplı silahlardan açdığı atəş nəticəsində binanın mühafizəsini təmin edən 2 polis əməkdaşı yaralanıb.
Məlumata görə, terrorçular binanın mühafizəsini həyata keçirən zirehli polis maşınını atəşə tutub. Polis əməkdaşları tərəfindən cavab atəşi açıldıqdan sonra terrorçular hadisə yerini tərk edib.
Yaralı polis əməkdaşları xəstəxanaya çatdırılıb.