11 sentyabrda Nyu-Yorkda daha bir təşviş: metroda şübhəli qəza!
Nyu-York metrosunda qatar relsdən çıxıb.
APA TV-nin “The Wall Street Journal”a istinadən verdiyi məlumata görə, hadisə baş verən zaman qatarda 150 sərnişin olub.
Sərnişinlər tunel vasitəsi ilə təxliyə olunublar. Üç nəfərə tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.