Daha bir əsgərimizi itirdik

Azərbaycan Ordusu daha bir əsgərini itirib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, hadisə bu gün səhər Şəmkir Hərbi Birləşməsinin Tovuz rayonunda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.

 

Hərbi hissənin əsgəri, 1994-cü il təvəllüdlü Əsgərli Anar Dağıstan oğlu tabeliyində olan silahdan açılan atəş nəticəsində dünyasını dəyişib.

 

APA TV xəbər verir ki, ölən əsgər facebook sosial şəbəkəsində mütamadi olaraq şəkillərini, o cümlədən hərbi xidmətdə olduğu müddətdə çəkdirdiyi fotoları paylaşıb. Anar Əsgərli profil şəkilini ölümündən bir neçə saat əvvəl dəyişdirib.

 

Fakt üzrə cinayət işi başlanıb, araşdırma aparılır. 

Müəllif | Apa.Tv