Azərbaycanda dünyanın ən böyük təndiri inşa olunur
Astara şəhərində, Xəzər dənizinin sahilində yerləşən "Park Bulvar" ərazisində dünyanın ən böyük təndiri inşa olunur.
APA TV-nin cənub bürosunun məlumatına görə, artıq iki aya yaxındır tikintisi davam edən təndirin bir aydan sonra istifadəyə verilməsi nəzərdə tutulub.
Təndirin hündürlüyü 6,5 metr, eni isə 12 metrdir. Bu unikal obyektin inşasında kərpic və daş əvəzinə, əsasən yüngül metal konstruksiyalardan istifadə olunub. Onun içəri hissəsi isə əl işləri ilə qurulub. Əsasən 3 bölmədən ibarət olacaq təndirdə talış mətbəxinin ən məşhur yeməkləri, eləcə də çörək hazırlanacaq. Bişiriləcək təamlar isə "Park Bulvar"a istirahətə gələn qonaqlar üçün nəzərdə tutulub.
“Magic Tanu” adlandırılan təndirin içərisində hazırda suvaq işləri ilə yanaşı, tavan hissəsinin də tikintisi davam etdirilir.