ABŞ Senatı İranla nüvə razılaşmasını dəstəklədi

ABŞ Senatında İranla nüvə razılaşması məsələsi yenidən gündəmə çıxarılıb.

 

APA TV-nin "Euronews"a istinadən məlumatına görə, məsələyə yenidən baxılmasının tərəfdarı olan respublikaçılar məqsədlərinə çatmaq üçün kifayət qədər səs yığa bilməyiblər.

 

Razılaşmaya əsasən, Tehrana tətbiq olunan sanksiyaların götürülməsinə qarşı olan tərəf cəmi iki səs sayı ilə rəqiblərinə uduzub.


Bu, hazırkı prezident Brak Obama üçün kiçik qələbə sayılır. Obama bu uğurdan istifadə edib, konqresmenləri Ağ Evin bu istiqamətdə düzgün siyasət yeritdiyinə əmin edə bilər. ABŞ dövlət başçısı ölkədə keçiriləcək prezident seçkiləri ərəfəsində debatlara İraq müharibəsi veteranlarını və orada ölən hərbçilərin ailə üzvlərini cəlb edərək, Amerikanın İrana qarşı xoş niyyətli addımını və ümumiyyətlə, dünyada sülhün bərqərar edilməsində demokratların səylərini dəstəkləmək imkanı da yaratmaq niyyətindədir.


Bu arada isə Konqresin önünə toplaşan minlərlə insan ölkə rəhbərliyində bu dəfə məhz respublikaçıların namizədlərini, xüsusilə Donald Trampı və yaxud Ted Kruzu görmək istədiklərini bildiriblər.

Müəllif | Apa.Tv
Apa.tv