Almaniyada Leninin heykəli torpaqdan çıxarıldı
Berlində Sovetlər İttifaqının qurucusu Vladimir İliç Leninin heykəli 24 ildən sonra basdırıldığı yerdən çıxarılıb.
APA TV-nin "Euronews"a istinadən məlumatına görə, çəkisi 3,5 ton, hündürlüyü 19 metr olan heykəl sərgidə nümayiş olunacaq.
Yerli muzeylərdən birinin 6 illik mübarizəsindən sonra 1970-ci ildə qranitdən hazırlanan heykəlin gün üzünə çıxarılmasına icazə verilib.
Leninin heykəli 1991-ci ildə Berlin Divarının sökülməsindən və Almaniyanın birləşməsindən sonra 130 hissəyə ayrılaraq meşəlik ərazidə basdırılıb. Sərgiyə heykəlin yalnız baş hissəsi qoyulacaq.