Azərbaycanda havanın temperaturu düşür
Sentyabrın 12-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 19-24 dərəcə, gündüz 25-28 dərəcə isti olacaq.
Azərbaycanın bölgələrində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 18-23, gündüz 28-33 dərəcə, dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti olacaq.