Bakıda Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin Regional Ofisi açıldı

Bu gün Bakıda Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (İNCU) Regional Ofisinin açılışı baş tutub.

 

APA TV-nin xəbərinə görə, açılış mərasimində çıxış edən Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin yaradıcısı və prezidenti, Kanberra Universitetinin professoru Devid Uidelson deyib ki, şəbəkənin dünyada 200-dən artıq üzvü var: "Biz bir müddət idi ki, Avropada regional ofis açmaq istəyirdik. Müxtəlif ölkələrlə danışıqlar apardıq və qərara aldıq ki, bu ofisi Bakıda açaq. Bizimlə tərəfdaşlıq etdiyinə görə Azərbaycan Dövlət Gömrük Komitəsinə minnətdarlığımı bildirirəm".

 

Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev isə bildirib ki, Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi 2005-ci ildə təsis edilib və bu il 10 illik yubileyini qeyd edir. Sözügedən təşkilat Ümumdünya Gömrük Təşkilatı ilə bir sıra müqavilələr imzalayıb: "Təşkilatın əsas məqsədi gömrük sahəsində yeni araşdırmalar aparmaq, yeni innovasiyalar yaratmaqdır. Eyni zamanda bu təşkilat tərəfindən dünyada tanınmış elmi jurnal dərc edilir".

 

Müəllif | Apa.Tv