Nahid Rəziyev: "İki maska götürmüşdüm, gördüm qadın üstümə gəlir, vurdum"

Bakıda qohumlardan ibarət quldur dəstəsinin üzvləri həbs olunublar.

 

APA TV-nin xəbərinə görə, Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Lənkəran rayon sakini Nahid Rəziyev, Lerik rayon sakini Elnur Muradov, Lənkəran rayon sakini Samid Tahirov şübhəli şəxs qismində idarəyə gətiriliblər.

 

İstintaqla müəyyən olunub ki, Nahid Rəziyevin başçılığı ilə yaradılan dəstə üzvləri soyuq silah və maska əldə edərək, səhər saat 5:00 radələrində Şüvəlan qəsəbəsinin Bağlar massivində yaşayan Həşimova Şövkət Əli qızının evinə gəliblər. Onlar ev sahibinə zor tətbiq edib, qızıl-zinət əşyalarını oğurlamağı planlaşdırıblar. Bu məqsədlə qara köynək, bıçaq və maskaları Nahid qohumlarına paylayıb.

 

Nahid Rəziyev: "İki dənə maska götürmüşdüm. "Reşotka"nı çıxartdım, gördüm qadın üstümə gəlir. Vurdum onu çiynindən, yıxıldı servanta dəydi.     

 

Elnur Muradov: "Mən içəri girmək istəyirdim, gördüm səs gəldi. Arvad qışqırdı, elə bil nəsə sındı. Maskanı atıb qaçdım. Samir də mənim dalımca gəldi".

 

Samid Tahirov: "Qaynımdan gəldi təklif. Dedi qadın bağ sahəsini satıb, evdə pul var. Girib çıxacağıq. Dedim Nahid ilişərik, başımız ağrıyar. Dedi narahat olma, ev boşdur, mən hər şeyi düzəldirəm, gedək mənlikdi".

 

Təşvişə düşən dəstə üzvləri hadisə yerindən qaçıblar. Zərərçəkənin dindirilməsindən sonra cinayətin üstünü açmaq mümkün olub.       

 

Müəllif | Apa.Tv
Apa.tv