Ağdamda ehtiyatda olan hərbçilərin hərbi toplanışı keçirildi

Ağdam rayonunda Komanda Qərargah Hərbi Oyunlarına ehtiyatda olan keçmiş hərbçilərin hərbi toplanışa çağırışı ilə bağlı tədbir keçirilib.

 

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, Bayraq Meydanı ətrafında bir araya gələn rayon sakinləri və ehtiyatda olan hərbi vəzifəlilər əvvəlcə torpaqların bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsinə ucaldılan abidə kompleksini ziyarət ediblər.

 

Toplantıda çıxış edən keçmiş döyüşçülər və şəhid ailələri Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bütün tapşırıqlarını yerinə yetirməyə hər an hazır olduqlarını bildiriblər. Yüzlərlə ağdamlı ordu sıralarına könüllü yazılmaq istəyib.

 

Gənclər əvvəlcə Hərbi Oyunlara cəlb olunmaq, oradan da birbaşa Ağdamı işğaldan azad etmək üçün döyüşlərə qatılmağa hazır olduqlarını bəyan ediblər.

Müəllif | Apa.Tv
Apa.tv