Nüfuzlu ekspertlərdən proqnoz: Neftin qiyməti 20 dollara düşəcək

Dünyanın nüfuzlu "Goldman Sachs" bank investisiya şirkətinin ekspertləri 2016-cı ildə neftin qiyməti ilə bağlı proqnozlarını açıqlayıblar.

 

APA TV-nin məlumatına görə, ekspertlər hesab edir ki, neft hasilatının yüksək səviyyədə qalması qiymətlərin 20 dollara düşməsinə səbəb ola bilər.

 

"Goldman Sachs" ekspertləri bu proqnozu bazarda təklifin tələbi həddən artıq üstələməsi ilə əsaslandırmağa çalışırlar. Proqnozlarda qeyd olunur ki, tələbin daha da azalması ehtimalı böyükdür, təklifin artması fonunda bu amil qiymətlərin daha da düşməsinə təsir göstərəcək. 

 

Bu gün “Brent” markalı neftin qiyməti 49 dollar olub. Dünya birjalarında qiymətin aşağı düşməsi tendensiyası müşahidə olunur. 

Müəllif | Apa.Tv
Apa.tv