Biləcəridə əsas küçələrdən biri təmir olunur

Nəqliyyat Nazirliyi “Azəryolsevis” ASC tərəfindən aparılan kompleks tədbirlər çərçivəsində Biləcəri qəsəbəsi Malik Aslanov küçəsində təmir işləri həyata keçirilir.

 

APA TV-nin xəbərinə görə, sözügedən küçədə bundan öncə asfalt-beton örtüyünün olmaması burda yaşayan vətəndaşların xüsusən də qış aylarında gediş-gəlişində müəyyən problemlərə səbəb olub.

 

Təmir olunan küçənin uzunluğu 550 metr, eni isə 6 metrdir. Burda yeni-asfalt beton örtüyü döşənməmişdən öncə Nəqliyyat Nazirliyi “Azəryolsevis” ASC tərəfindən yol yatağı kipləşdirilib, yolun hərəkət hissəsi isə hamarlaşdırılıb. Ümumilikdə asfalt-beton örtüyü küçənin 3300 kvadrat metr sahəsinə döşənir.

 

Təmir işlərinin sabaha yekunlaşdırılması planlaşdırılır. Bunun üçün əraziyə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

Müəllif | Apa.Tv
Apa.tv