Azərbaycanda İran vətəndaşından 5 kq narkotik tapıldı

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan İran İslam Respublikasının vətəndaşı Camal Eltefat saxlanılıb.

 

APA TV-nin xəbərinə görə, ondan 5 kiloqram 230 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb.

 

Həyata keçirilən tədbirlərlə müəyyən edilib ki, Camal Eltefat özünə məxsus “Reno” markalı avtobusla İrandan Azərbaycana sərnişin və yük daşımaqla məşğul olur. O, istintaqa məlum olmayan İran İslan Respublikasındakı mənbədən satış  məqsədilə külli miqdarda tiryək əldə edərək, avtobusun gizli saxlanc yerində gömrük buraxılış məntəqəsindən keçirərək Biləsuvar rayonu ərazisinə gətirib. Burada isə Camal Eltefat narkotik vasitə olan tiryəki satmaq istəyərkən polis əməkdaşları tərəfindən tutulub. 

Müəllif | Apa.Tv
Apa.tv