PKK-ya ən böyük zərbə vuruldu!

Türkiyənin Hərbi Hava Qüvvələri Şimali İraqda PKK düşərgələrini növbəti dəfə bombalayıb.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu əməliyyat zamanı terrorçulara çox ciddi zərbələr endirilib. PKK-nın ən böyük anbarlarından biri dağıdılıb.

 

"F-16"ların hədəfi Kandil, Hakkurk, Avaşin, Metina, Basyan, Qara və Zap düşərgələri olub. Adı çəkilən nöqtələrə 80 zərbə endirilib. 60 terrorçu məhv edilib.


Qarada yerləşən PKK-nın ən böyük silah anbarı yerlə-yeksan edilib. Anbarlarda olan mərmi və silahların partlayış müddəti 2 saat çəkib.

Müəllif | Apa.Tv
Apa.tv