Bakıda 35 yaşlı şəxs bıçaqlandı

Ötən gecə Bakıda 35 yaşlı şəxs bıçaqlanıb. APA TV-nin məlumatına görə, hadisə paytaxtın Xəzər rayonunda qeydə alınıb. Rayonun "Binə Südçülük Savkozu" adlanan ərazisində 35 yaşlı Rauf Rzayev naməlum şəraitdə şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.

 

Yaralı  ağır vəziyyətdə 3 saylı Sabunçu Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağır olduğu üçün dərhal əməliyyata götürülüb. Hadisə yerinə Xəzər  Rayon  Polis  İdarəsinin  əməkdaşları da cəlb olunub. Rauf Rzayevi bıçaqlayan şəxs və ya şəxslərin tutulub istintaqa verilməsi üçün əməliyyat   axtarışlara başlanılıb.

 

Müəllif | Apa.Tv