İrəvanda növbəti etiraz aksiyası - VİDEO
Elektrik enerjisinin bahalaşmasına etiraz olaraq “Talana yox!” vətəndaş təşəbbüs qrupunun İrəvanın mərkəzindən Azadlıq meydanına doğru yürüşü başlayıb. APA-nın “Novosti-Armeniya” saytına istinadən verdiyi məlumata əsasən, yürüşdə yüzlərlə insan iştirak edib.
Aksiya iştirakçıları müxtəlif şüarlar səsləndiriblər. Hadisə yerinə polis qüvvələri cəlb edilib. Polis aksiya iştirakçılarına dağılmaq barədə xəbərdarlıq edib. Lakin, polisin xəbərdarlığına məhəl qoymayan etirazçılar şüarlar səsləndirərək yürüşlərinə davam ediblər.
Qeyd edək ki, “Talana yox!” vətəndaş təşəbbüsünə “Ayağa qalx, Ermənistan” və “Təsis parlamenti" təşkilatı da qoşulub.