Azərbaycanda professorun iki oğlu beynəlxalq axtarışa verildi

Azərbaycanın tanınmış professorunun iki oğlu beynəlxalq axtarışa verilib.


APA TV-nin İnterpolun saytına istinadən verdiyi məlumata görə, 38 yaşlı Eldar Azakov və onun qardaşı 35 yaşlı Fərid Azakov mənimsəmə cinayətində iştirakda təqsirləndirilirlər.

 

Azərbaycan hüquq-mühafizə orqanları Eldar və Fəriz Azakov qardaşları ölkədən qaçdığı üçün onların barəsində dövlətlərarası axtarış elan edib və saxlanılmaları üçün İnterpola müraciət olunub.

 

APA-nın əldə etdiyi məlumata görə, axtarışa verilən qardaşlar Bakı Ali Neft Məktəbinin "Neft-qaz mühəndisliyi" kafedrasının professoru Siyavuş Azakovun övladlarıdır.

 

Professor Siyavuş Azakov övladlarının axtarışda olması xəbərini APA-ya təsdiqləyib. O, axtarışda olan övladlarının hazırda Amerikada yaşadıqlarını qeyd edib.

Müəllif | Apa.Tv
Apa.tv