ABŞ prezidenti: “Rusiya Suriya məsələsində daha ağıllı davranmalıdır”

Rusiyanın Suriyaya hərbi yardım göstərməsi Bəşər Əsədin narahatlıq keçirməsinin göstəricisidir. APA TV-nin məlumatına görə, bu fikirləri ABŞ prezidenti Barak Obama səsləndirib. Onun sözlərinə görə, Moskvanın əsədə hərbi yardım göstərmək cəhdləri uğursuzluğa düçar olacaq.

 

“Əsəd ciddi narahatlıq keçirir. Rusiyanın Suriya ərazisində hərbi iştirakını genişləndirməsi bunu nəticəsidir. Əsəd rusiyalı hərbi müşavirlərdən yardım istəyir”.

 

Barak Obama Rusiyanı Suriyada münaqişənin nizamlanması danışıqlarında daha ağıllı davranmağa çağırıb. Onun fikrincə, İŞİD terror təşkilatı ABŞ-dan çox, Rusiya üçün təhdid törədir və Moskva bu gerçəkliyi anlamalıdır. Prezident qeyd edib ki, Rusiyanın Əsədi dəstəkləmək strategiyası böyük səhvdir.

 

Bundan əvvəl ABŞ-ın dövlət katibi Con Kerri və NATO-nun baş katibi Yens Stollenberq də Rusiyanın Suriyaya hərbi yardım göstərməsini pisləyiblər. 

Müəllif | Apa.Tv
Apa.tv