Bakıda ev yandı, mənzil sahibi boğularaq öldü
Bakıda ev yanıb. Paytaxtın Nərimanov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayon ərazisində qeydə alınıb. Bu rayonda yaşayan Anastasiya Kuznetsovanın evində baş verən yanğın nəticəsində evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanğın söndürüldükdən sonra Anastasiya Kuznetsovanın tüstüdən boğulmuş meyiti tapılıb.
Faktla bağlı araşdırma aparılır.