Salyanda bıçaqlanma: dalaşanları ayırmaq istədi, vuruldu
Salyan rayonunda 19 yaşlı gənc bıçaqlanaraq xəstəxanaya düşüb.
Hadisə Salyan şəhərinin avtovağzal ərazisində baş verib. Rayonun Yuxarı Noxudlu kənd sakini, 19 yaşlı İsmət Məhəmmədzadə toydan çıxıb evə gedərkən tanımadığı şəxslərin dalaşdığını görüb. O, dalaşanları ayırmaq məqsədi ilə onlara yaxınlaşıb.
Tanımadığı şəxs tərəfindən bıçaqlanan İsmət Məhəmmədzadə dərhal Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.