Tovuzda ilan qadını sinəsindən, Samux sakinini baldırından sancdı
Tovuz rayon sakinini ilan sancıb. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, Şamlıq kənd sakini, 1987-ci il təvəllüdlü Ülviyyə Həsənova sağ qabırğa üstü nahiyənin ilan dişləməsi yarası ilə Tovuz rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib. Ülviyyə Həsənovanın vəziyyətinin normal olduğu bildirilir.
Digər ilan sancma hadisəsi isə Samux rayonunda qeydə alınıb. Hadisə rayonun Əlibayramlı kəndində baş verib.
Kənd sakini, 1974-cü il təvəllüdlü Lətifcan Süleymanov şəxsi təsərrüfatında işləyərkən ilan onun sağ baldırından sancıb. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.