Balakəndə üç uşaq atası olan narkoman tutuldu

Balakən RPŞ-nin əməkdaşlarının həyata keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində Hənifə kənd sakini 1984-cü il təvəllüdlü Musayev Cavid Kamil oğlu rayonun Kortala kəndi ərazisində saxlanılaraq üzərinə baxış keçirilərkən 4 kiloqram 805 qram narkotik maddə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. APA TV-nin məlumatına görə, İki ildir narkotik maddə istifadəçisi olduğunu bildirən 31 yaşlı üç uşaq atası Cavid Musayevin sözlərinə görə, narkotik tərkibli marixuananı tapıb və istifadə etmək məqsədi ilə toplayaraq qurudub.

 

Faktla bağlı Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır. Cavid Musayevin narkotik vasitəni haradan əldə etməsi barədə zəruri istintaq əməliyyat tədbirləri davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv