Cəlilabadda ər arvadını öldürdü
Cəlilabadda qətl hadisəsi baş verib. APA TV-nin cənub bürosunun məlumatına görə, hadisə Cəlilabad şəhərinin Azərbaycan küçəsində qeydə alınıb.
Cəlilabad şəhər sakini, 32 yaşlı Anar Həzərxan oğlu Abıyev ailə münaqişəsi zəminində həyat yoldaşı, 29 yaşlı Təranə Saməddin qızı Abasovaya bıçaqla çoxsaylı xəsarətlər yetirib. Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Qətli törətmiş Anar Abıyev isə polis tərəfindən saxlanılıb.
Qeyd edək ki, bir neçə il öncə ailə həyatı qurmuş cütlüyün iki övladı var.
Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi üzrə cinayət işi açılıb, araşdırma aparılır.