Bakıda iki avtobus toqquşdu
Bakıda avtobus qəzası baş verib. APA TV-nin məlumatına görə, hadisə Azadlıq və Ziya Bünyadov prospektlərinin kəsişməsindəki dairədə qeydə alınıb.
67 saylı sərnişin avtobusu 199 saylı sərnişin avtobusuna arxadan çırpılıb. Qəza zamanı 67 saylı avtobusda sərnişinlər olsa da, 199 saylı avtobus boş olub.
Hadisə nəticəsində bir neçə sərnişin yüngül xəsarət alıb, bəzi sərnişinlər isə həyəcan keçirib.
Hadisə yerinə Yol-Patrul Xidmətinin əməkdaşları gəlib və müayinələr aparıblar. İlkin ehtimala görə, 199 saylı avtobus dairəvi hərəkət təşkil olunmuş yolayrıcında dayanıb. 67 saylı sərnişin avtobusun sürücüsü isə idarəetməni itirib və avtobusu saxlaya bilməyib.
Faktla bağlı araşdırma aparılır.