Novxanıda narkotik becərən zərgər həbs edildi

Novxanı kənd sakini, 41 yaşlı Kənan Quliyevin sənəti zərgərlikdir. Ancaq Kənan  peşəsini ataraq, özünü başqa sahədə sınamağa başlayıb.

 

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları Kənanın həyətyanı sahəsinə baxış keçirən zaman əkin sahəsindən narkotik tərkibli bitki olan tiryək aşkarlayıblar. Saxlanılan şəxs bir müddətdir narkotikdən istifadə etdiyini bildirib: "Sənətkar adamam. Zərgər işləmişəm. Çəkmək məqsədilə əkdim".

 

Qeyri-qanuni yolla əkilən narkotik bitkilər polis əməkdaşları tərəfindən yığılaraq maddi sübut kimi götürülüb.

 

Müstəntiq Eldəniz Əsgərov: "18 ədəd çətənə bitkisi yaş halda aşkar edilərək götürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə cinayət işi başlanılıb, Kənan Quliyev şübhəli şəxs qismində saxlanılıb".

 

Qeyd edək ki, bu, iki övlad atası Kənanın ilk məhkumluğu olacaq. Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. 

Müəllif | Apa.Tv
Apa.tv